XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2017 - 12:40

Spiker Oqtay Əsədov:“AXC-nin yüz illiyi ilə bağlı işlərə start verilib”

“Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib".

Bunu Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına cavab olaraq deyib.

F. Mustafa Azərbaycan prezidentinin Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncamını xatırladaraq bildirib ki, cumhuriyyətin yaradıcı Məhəmməd Əmin Rəsulzadənin və cumhuriyyətin ayaqda qalmasına dəstək olan Nuri Paşanın xatirələrinin əbədiləşdirilməsi üçün addımlar atılmalıdır. O deyib ki, Nuri paşanın abidəsinin qoyulması ilə əlaqədar həmkarı Qüdrət Həsənquliyevlə birlikdə Nazirlər Kabinetinə müraciət etsə də, cavab yoxdur.

Sədr Oqtay Əsədov isə cavab olaraq bəyan edib ki, Milli Məclis prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb: “Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”