XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 13:28

Lavrov Qarabağla bağlı vəd verdi:"Hər iki tərəf üçün məqbul olan sülh yolu ilə...”

"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq ".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 "Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq", – deyə S. Lavrov vurğulayıb.

"Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim".

Bunu isə xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib. Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb. "Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir", – deyə E. Məmmədyarov qeyd edib.

Lavrov öz növbədində bildirib ki, diplomatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini ölü nöqtədən tərpətmək iqtidarındadır/APA.