XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2017 - 09:00

Rusiya Dəməşqdəki səfirliyinin atəşə tutulması haqda BMT-də bəyanat yaydı –ABŞ blokladı

Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Rusiya nümayəndə heyəti səfirliyin atəşə tutulması ilə əlaqədar  BMTTŞ-də hücumu pisləyən bəyanat yayıb.

Ötən gün Rusiyanın Dəməşqdəki  səfirliyi qumbaraatanlardan atəşə tutulub. Nəticədə səfirliyin binasına ziyan dəyib, binanın elektrik xətləri və su təchizatı sistemi zədələnib. 

Qeyd edək ki, bundan əvvəl Rusiya BMT TŞ-də ABŞ-ın Suriyada kimyəvi hücumların araşdırılması üzrə missiyanın mandatının uzadılmasına dair qətnaməsini bir neçə dəfə bloklayıb.  

APA