XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 17:30

“Beynəlxalq Bank vətəndaşlardan daha çox dövlətə zərər verib” –Deputat

"Bir aya yaxındır ki, büdcə layihəsi təqdim olunub. Ancaq bu günə qədər heç bir hökumət nümyəndəsi telviziyada ətraflı çıxışlar etməyib. Halbuki büdcə təkcə bir ilə deyil, gələcəyə hesablanmış addımdır".

Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, maliyyə naziri Samir Şərifov Beynəlxalq Bank haqqında ağrıdıcı məsələlərə toxunub:

“Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bu bank indiki vəziyyətə gəlib. Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problemli öhdəlikləri var. Bu isə o, deməkdir ki, vətəndaşlardan daha çox dövlətə Beynəlxalq Bank zərər verib”.

Səhiyyə sahəsində yaşanan problemlərə toxunan Zahid Oruc deyib ki, hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müracitə edir:

“Bunu mərkəzin baş həkimi, hörmətli Cəmil Əliyev müsahibəsində deyib. Bu uşaqların 30 faizinə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbləri biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sektor etməlidir”.

Zahid Oruc hesab edir ki, bağçaların da tikintisi dövlət yox, özəl sektor üzərinə götürməlidir:

“Hər il ölkədə 107 min körpə dünyaya gəlib. Dövlət nə qədər çalışsa da, bu qədər uşağı bağça ilə təmin edə bilməyəcək. Bağça tikintisini də özəl sektor həyata keçirməlidir.

Eyni zamanda qeyd edim ki, 2018-ci ilin büdcəsindən mədəniyyət sahəsinə 108 milyon manat ayrılıb. Kino sahəsinə isə cəmi 1 milyon manat. Bizdə filmlərin gəlir gətirməsi üçün bu sahəyə ciddi vəasit ayrılmalıdır”.

Publiika.az