XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 20:04

Ev dustaqlığında saxlanılan prezident, nəhayət, istefa verdi –Parlamentdən bəyanat

Bu gün Zimbabvenin 93 yaşlı prezidenti Robert Muqabe rəsmən istefa verdiyini bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə parlamenti xüsusi açıqlama yayıb.

Bildirilib ki, ev dustaqlığında saxlanılan prezident, nəhayət, istefa təklifinə müsbət cavab verib: "Yaxın günlərdə yeni prezidentin seçilməsi ilə bağlı müvafiq addımlar atılacaq".

 Xatırladaq ki, noyabrın 6-da məhz Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb.

Strateq.az