XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Noyabr 2017 - 21:49

Fransada şok hadisə: rus senator Süleyman Kərimov saxlanıldı – Rəsmi Moskva hərəkətə keçdi

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransanın Nitsa şəhərində polis tərəfindən saxlanılıb.

Strateq.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında Süleyman Kərimov saxlanılıb, o, polis məntəqəsinə aparılıb", — deyə TASS səfirliyin məlumatını yayıb.

Səfirlikdən qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.