XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2017 - 11:05

Tbilisidə antiterror əməliyyatı- Hadisə yerindən atışma və partlayış səsləri eşidilir


Tbilisinin ətrafında bir neçə saatdır antiterror əməliyyatı davam etdirilir, hadisə yerindən atışma və partlayış səslərinin eşidildiyi bildirilir.
 
APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, hazırda xüsusi təyinatlılar şübhəli şəxslərin olduğu binaya daxil olmağa çalışırlar.
 
“Bu dəqiqələrdə şübhəli şəxslərin olduğu binaya daxil olmaq istiqamətində əməliyyat keçirilir. Bir neçə dəfə güclü partlayış səsi eşidilib, atışma davam edir”, – deyə İnterpressnews.ge saytının məlumatında bildirir.  
 
Gürcüstanın “Birinci kanal”ının məlumatına görə, xüsusi əməliyyat keçirilən əraziyə yaxın binalardan sakinlər təxliyə edilib. Şübhəli şəxslərin olduğu bina xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.
 
Bundan əvvəl bildirilmişdi ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Tbilisidə antiterror əməliyyatı keçirir, mühasirəyə alınan şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıb.   Qurumun məlumatında bildirilir ki, əməliyyat Tbilisinin İsani-Samqor rayonunda keçirilir.
 
Şübhəli şəxslərin olduğu bina mühasirəyə alınıb, sakinlərin təhlükəsizliyi təmin edilib.
 
“Rustavi-2” telekanalı bildirib ki, əməliyyatın məqsədi terror təşkilatları ilə əlaqədə şübhəli bilinən iki xarici vətəndaşın saxlanılmasıdır.  

 İndiyə qədər hadisə yerində atışma və partlayış səsləri eşidilir. Xüsusi əməliyyat adıçəkilən küçədə yerləşən yaşayış binasında terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən iki xarici vətəndaşın saxlanılması istiqamətində aparılır. Sakinlər yaşayış binasından təxliyə edilir. Hadisə yerinə əlavə polis qüvvələri, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
 
Antiterror əməliyyatı ilə əlaqədar olaraq Qabriel Salos küçəsində yerləşən 97 saylı məktəbdə dərslər ləğv olunub.