XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2017 - 16:46

Spiker Oqtay Əsədov:“Neftin qiymətinə yenidən baxa bilərik, təki qiyməti düşməsin”

“Lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik”.

 APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deputatların neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi ilə bağlı narahatlığına cavab olaraq deyib.

 O qeyd edib ki, neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır: “Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik. Təki neftin qiyməti düşməsin”.