XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2017 - 21:20

Baş nazirdən xüsusi əməliyyatla bağlı bəyanat:“Tbilisidə təhlükə neytrallaşdırılıb..."

“Tbilisidə təhlükə neytrallaşdırılıb və şəhərdə hərəkət etmək təhlükəsizdir”.

Bu barədə  Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.

O, xüsusi əməliyyatda iştirak etmiş xüsusi təyinatlılara və DİN əməkdaşlarına minnətdarlığını bildirib: “Təəssüflər olsun ki, bir xüsusi təyinatlı ölüb. Həmin şəxs həqiqi qəhrəmandır və onun ailəsinə başsağlığımı bildirirəm. Yaralanmış xüsusi təyinatlıların isə tezliklə sağalmasını diləyirəm”.

G.Kvirikaşvili Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri ilə birgə antiterror əməliyyatı zamanı yaralanmış xüsusi təyinatlılara baş çəkib.

Xatırladaq ki, Tbilisidə həyata keçirilmiş antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən 3 nəfər zərərsizləşdirilib, bir nəfər isə saxlanılıb. Əməliyyat zamanı bir xüsusi təyinatlı ölüb, ikisi isə yaralanıb. Gürcüstan DİN-nin 2 əməkdaşı da xəsarət alıb.  

DTX rəisi V.Qomelauri  xüsusi əməliyyatın 20 saata yaxın davam etməsinə aydınlıq gətirib.

O deyib ki, antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən şəxslərin girov götürməsi təhlükəsi olub: “Xüsusi əməliyyat ciddi kriminal qruplaşmaya qarşı aparılıb”.

DTX rəisi saxlanılan və zərərsizləşdirilmiş şəxslərin hansı ölkə vətəndaşları olması barədə açıqlama verməkdən imtina edib.

APA