XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 10:19

Fransa XİN-dən Laçın rayonu ilə bağlı qalmaqala reaksiya:"Paris "Dağlıq Qarabağ"ı tanımır"

"Fransa "Dağlıq Qarabağ"ı tanımır".

Bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. 

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə "Report"un sorğusuna verilən cavabda qeyd edilib ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan "xartiya"ya riayət etməyə məcbur deyil.  

Qeyd edək ki, bir neçə gün əvvəl Fransanın Alfortvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında "dostluq xartiyası" imzalanıb. Tədbirdə Alfortvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı "daimi nümayəndəsi" Hovanes Gevorkyan və Laçının "meri" Artyom Sarıbekyan iştirak edib.