XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2017 - 13:51

DİN: “Polis hər birimizi qorumaqla, qanıyla, canıyla Vətənə xidmət edir” –FOTOLAR

""Qarabağ”-“Çelsi” matçında təhlükəsiz tədbirləri yüksək səviyyədə olub".

Bu barədə DİN-in mətbuat xidmətindən Strateq.az-a verilən açıqlamaya görə, daxili işlər orqanlarının və təhlükəsizlik xidmətinin əməkdaşları həmişə olduğu kimi, bu dəfə də vəzifə başındaydılar:

 “Stadiona giriş üçün azarkeşlərin yoxlanılmasından, öz yerlərini tutmalarına qədər hər şey onların nəzarətində idi. Təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğu göz qabağındaydı. Rəqib komandanın tərəfdarlarının da təhlükəsizliyi xüsusi diqqət mərkəzindəydi. Hər hansı bir xoşagəlməz hadisənin, neqativ halın qarşısını almaq üçün öncədən bütün lazımi tədbirlər görülmüşdü. Yetmiş minə yaxın azarkeşi oyun bitəndən sonra gedəcəkləri ünvana istiqamətləndirməyi bir anlıq təsəvvür edin. Bunun da öhdəsindən gəldik. Arasında körpə uşaqların belə olduğu izdihamı heç bir problem yaşamadan, tam təhlükəsiz şəraitdə, əvvəlcədən təyin olunmuş avtobuslar mənzil başına çatdırdılar.

Bəli, görünən dağa bələdçi lazım deyil. Xüsusilə də sağlamlıq imkanları məhdud olanlara polis əməkdaşlarımızın xoş münasibət sərgiləməsi, stadionu daha rahat şəkildə tərk etmələri üçün yaradılan şəraiti insanlar razılıqla qarşıladılar.

Bir gün də beləcə tarixə qovuşdu, hər gün olduğu kimi, o gün də əməkdaşlarımızın çətin və məsuliyyətli xidmətindən gördüklərimizi, çəkdiklərimizi sizlərlə bölüşdük. Həm də əsassız olaraq polisdən gileylənənlərə mesaj ünvanladıq.

Polis səni, məni bir sözlə, hər birimizi qorumaqla, Vətəninə, dövlətinə və xalqına qanıyla, canıyla xidmət edir”.