XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Noyabr 2017 - 22:50

Prezident İlham Əliyev Poroşenko ilə görüşdü –Brüsseldə + FOTO

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti xəbər yayıb.

Dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana səfərini xatırladaraq, bu səfərdən ötən müddət ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığın həyata keçirildiyini və yaxşı nəticələrin əldə olunduğunu qeyd edib.

Ukrayna dövləti başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat, beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı müzakirələrin aparıldığını deyən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ticarət dövriyyəsinin artırılması üçün lazımi addımlar atılacaq və bunun üçün yaxşı potensial mövcuddur.

Prezident Petro Poroşenko Prezident İlham Əliyevə Ukrayna-Azərbaycan dostluq münasibətlərinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevlə Davosda və Bakıda keçirdikləri görüşləri məmnunluqla xatırlayan Prezident Petro Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.