XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2017 - 00:03

İcra başçısının qohumları pul üstə atışdı, biri öldü, digəri yaralandı –Məhərrəmkənddəki qanlı olayın detalları

Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda  iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb  borc pul olub. 

Bu barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.   

Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.

“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, – deyə mənbə bildirib.  

Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb. Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir /APA.