XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2017 - 18:46

Misirdə məscid partladıldı, namazdan çıxanlar atəşə tutuldu: ən azı 200 ölü, 120 yaralı var –3 günlük matəm elan edildi

Misirin Qərbi Sinay bölgəsindəki Ariş rayonunda "Ravda" məscidində bomba partladılıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışdan dərhal sonra ərazidə atışma olub:

"Partlayışdan sonra məsciddən – namazdan çıxan insanları hədəfə alan terrorçuların açdığı atəş nəticəsində ən azı 200 nəfər həlak olub, 120 nəfərdən çox yaralı var".

Hadisədən sonra Misir hökuməti ölkədə 3 gün matəm elan edib.

Prezident Sisi təhlükəsizlik qüvvələrini təcili toplayaraq, müşavirə keçirib, terrora qarşı mübarizənin daha geniş aparılmasının vacibliyini tapşırıb.