XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 03:51

Neftin qiyməti artmaqda davam edir –"Brent" 63,87 dollar oldu

Dünya birjalarında neft bahalaşmaqdadır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 59,03 dollara çatıb.

İCE London qitələrarası birjasında "Brent" markalı neftin 1 barelinin dəyəri isə 0,5% artaraq 63,87 dollar olub.

Beləliklə, WTI markalı neftin qiyməti 2015-ci il iyunun 30-dan etibarən ilk dəfə 59 dolları ötüb.