XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 19:18

Ərdoğan istefa verməyə hazır olduğunu bəyan etdi:“Əgər siz sübut edə bilsəniz ki...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbuldakı çıxışı zamanı bildirib ki, əgər əsas müxalifət- Cümhuriyyət Xalq Partiyası (CHP) sübut etməyi bacarca ki, onun maliyyə vəsaitləri xarici hesablardadır, istefaya getməyə hazırdır.

Bu barədə TRT telekanalı məlumat yayıb.

"Əgər siz sübut edə bilsəniz ki, mənim pulum hər hansı xarici banklara qoyulub, onda mən prezident postundan istefa edəcəyəm", – telekanal Ərdoğanın sözlərini sitat gətirib.

Xatırladaq ki, 21 noyabrda parlamentdəki çıxışı zamanı CHP rəhbəri Kamal Kılıçdaroğlu prezidentin ən yaxın qohumlarını və silahdaşlarını "ofşordakı şirkətə milyonlarla dollar yatırmaqda” ittiham edib. Əsas müxalifət partiyası liderinin sözlərinə görə, "bu firmanın start kapitalı yalnız 1 funt sterlinq təşkil edib, amma sonra ona milyonlarla dollar qoyulub". Bundan əvvəl isə o, parlamentdə türk baş naziri Binəli Yıldırımın oğullarının ofşordakı şirkətlərlə mümkün bağlılığı haqda iş üzrə təhqiqatların keçirilməsini bloklayan hakim Ədalət və İnkişaf Partiyası deputatlarının qərarını tənqid edib. Və Kılıçdaroğlu vurğulayıb ki, o bu məsələdə "izahatlar gözləyir".

Sonra Ərdoğan CHP liderini, 1,5 milyon türk lirəsi ($380 min) məbləğində kompensasiya ödəməsi üçün məhkəməyə verdi. Prezidentin vəkilləri qeyd etdilər ki, Kılıçdaroğlu Ərdoğana zərər vurub və kompensasiya ödəməlidir.