XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 20:05

Kürdlər Suriya üzrə danışıqlardan kənarlaşdırıldı –Cenevrəyə dəvət olunmadılar


Suriya kürdləri Cenevrədə danışıqların səkkizinci raunduna dəvət almayıblar və orada iştirak etməyəcəklər.

 “RİA Novosti” bildirir ki, bunu bu gün Suriya kürdlərinin Moskvadakı nümayəndəsi deyib: "Yox, biz növbəti dəfə dəvət almadıq, danışıqlarda bizdən heç kəs iştirak etməyəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Onun qənaətinə görə, "Bu, Türkiyənin mövqeyinin və təsirinin nəticəsidir, hansı ki, danışıqlarda kürdlərin iştirakına qarşı çıxır".

Xatırladaq ki, Suriya böhranının nizama salınması məsələsi Astana və Cenevrədə müzakirə edilir. Danışıqların səkkizinci raundu 28 noyabrda məhz Cenevrədə olmalıdır. (Virtualaz.org)