XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 21:14

SEPAH-ın baş komandanı:“Suriya savaşı dünya müharibəsi idi və zalımların məğlubiyyəti ilə nəticələndi”

 “Suriya müharibəsi həqiqi mənada dünya müharibəsi idi . Ona görə ki, bu müharibədə super güclərin rolu vardı və dünyanın zalım qüvvələrinin məğlubiyyəti ilə nəticələndi”.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general- polkovnik Məhəmmədəli Cəfəri Tehranda səfərbər qüvvələrin təsis olunmasının ildönümü ilə bağlı böyük toplantısında deyib. Onun sözlərinə görə, region ölkələrində silahlı müqavimət mərkəzləri yaradılıb və digər ölkələrdə də kiçik müqavimət halqaları formalaşıb. “Yaxın gələcəkdə onların təsir gücü müşahidə olunacaq”. 

SEPAH baş komandanı qeyd edib ki, regionda müqavimət cəbhəsinin qələbələrində əsas rol səfərbər qüvvələrin üzərinə düşürdü: ”Səfərbər qüvvələr Livan Hizbullahı və İraqda təlim keçilmiş 100 minlik “Həşdüş şəbi” qüvvələri kimi region xalqlarının müqavimət nümunəsidir və bu təcrübə Yəmən və digər ölkələrə də köçürülüb”. 

 General Cəfəri səfərbər qüvvələrin təyinedici rollarından birinin Suriyada müqavimət cəbhəsinə köməkdən ibarət olduğunu bildirib.