XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2017 - 13:11

Prezident İlham Əliyev gürcü xalqına başsağlığı verdi:“Bu xəbərdən son dərəcə kədərləndim”

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.