XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Noyabr 2017 - 17:11

Putin Rusiyanın Azərbaycandakı səfirini geri çağırdı –Yeni səfir kim olacaq?

Prezident Putin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması haqqında fərman imzalayıb.

Strateq.az bildirir ki, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

 Doroxin 2009-cu ildən Azərbaycanda səfir idi.

Haqqın.az-ın məlumatına görə isə Rusiyanın yeni səfiri Georgi Zuyev olacaq. Onun namizədliyi artıq Dövlət Dumasının MDB məsələləri üzrə komitəsində təsdiq edilib. G.Zuyev təcrübəli diplomatdır. O, hazırda XİN-in kadrlar departamentinin direktor müavini postunu tutur.