XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2017 - 09:26

Türkiyənin baş naziri:"İŞİD hal-hazırda məğlub edilmiş haldadır"

"ABŞ prezidenti Donald Tramp Türkiyə üçün nəyin vacib olduğunu başa düşüb".

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım Londonda "BBC World"-un jurnalisti Lyusi Hokinqsın ABŞ-ın suriyalı kürdlərə silah satmasına dair sualına cavabında deyib.

O, ölkəsinin İŞİD-ə qarşı mübarizəsinə dair siyasətinin əvvəldən məlum olduğunu söyləyib.

"Əgər İŞİD-lə mübarizə apacaqsınızsa, düzgün müttəfiq seçməlisiniz. Bir terror təşkilatına qarşı diqər terror təşkilatından istifadə etməklə mübarizə aparmaq mümkün olmayacaq. Bizə YPG və ya PYD ilə iş birliyinin seçim yox, məcburiyyət olduğu deyildi. Bunu qəbul etməsək də, anladıq. Bu, müvəqqəti bir əlaqə idi. Çünki İŞİD hal-hazırda məğlub edilmiş haldadır" , – deyə o, əlavə edib/Publika.az.