XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 11:18

Türkiyənin müdafiə nazirindən S-400 açıqlaması:"Bu, NATO-nun müdafiə sisteminə ziyan verməyəcək"

Rusiyanın S-400 zenit-raket kompleksinin (ZRK) idarə edilməsi sistemi Türkiyə tərəfinin nəzarətində olacaq.

Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

N.Canikli qeyd edib ki, Türkiyənin Rusiyadan alacağı S-400 ZRK-nı NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün deyil, lakin bu, Alyansın müdafiə sisteminə ziyan verməyəcək.

Qeyd edək ki, Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini 2019-cu ildə əldə edəcək/Trend.