XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 21:11

Nalbandyan İran XİN başçısına təşəkkür etdi –Qarabağla bağlı tutduğu mövqeyə görə

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif noyabrın 28-də Yerevanda ermənistanlı həmkarı Edvard Nalbandyanla Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağbölgəsindəki münaqişəni müzakirə ediblər.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, iranlı nazir səfər çərçivəsində Ermənistan-İran biznes-forumun açılışında iştirak edib, ölkə rəsmiləri ilə görüşüb.

İnformasiyaya əsasən, Edvard Nalbandyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın tutduğu mövqeyə görə Məhəmmədcavad Zərifə təşəkkür edib.

İranlı nazir bildirib ki, İranla Ermənistan çox yaxşı qonşudurlar: "İranın bütün qonşularla münasibətləri normaldır".