XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 21:40

“İŞİD heç bir yerə yox olmayacaq, onlar yeni yanaşmalar axtaracaq” –Tillersondan xəbərdarlıq

"İraq və Suriyada İŞİD üzərində qələbədən sonra da terror təşkilatı heç bir yerə yox olmayacaq".

“Röyters” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib:

"İŞİD yeni yanaşmaları axtaracaq. Bu yanaşmalar, ehtimal ki, internetdə təbliğatdan ibarət olacaq".

Qeyd edək ki, daha əvvəl İraq və Suriya rəhbərlikləri bu ölkələrdə İŞİD üzərində qələbənin qazanıldığını elan ediblər.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir/Publika.az.