XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 22:25

“Türkiyə öz sərhədlərində bütün təhlükəsizlik tədbirlərini görəcək” –Rəsmi Ankaradan bəyanat

Türkiyə Milli Təhlükəsizlik Şurası hərbi-müşahidə missiyasının Suriyanın İdlib əyalətindəki təhlükəsizlik zonasından Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafına doğru genişləndirilməsinin məqsədəuyğun hesab edir.  

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.  

“İdlibdə uğurla davam etdirilən müşahidə missiyası Hələb əyalətinin qərb hissəsi və Afrin şəhərinin ətrafında da sabitlik və təhlükəsizliyi təmin edə bilər. PKK-PYD terrorçularının Suriyanın demoqrafik strukturunu dəyişmək məqsədi ilə əraziləri zəbt etmək və etnik təmizləmə aparmaq cəhdləri qəbuledilməzdir.  Türkiyə öz sərhədlərində bütün təhlükəsizlik tədbirlərini görəcək”, – deyə bəyanatda deyilir.    

Qeyd edək ki, Afrin hazırda PKK-PYD terrorçularının nəzarətindədir/APA.