XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 12:22

Türkiyə Silahlı Qüvvələrində FETÖ əməliyyatı:360 nəfər saxlanıldı, 216 nəfəri zabitdir

Bu gün səhər saat 5.00-da Türkiyənin İstanbul şəhərində FETÖ üzvlərinə qarşı daha bir böyük əməliyyat başlayıb.

Strateq.az xəbər verir ki, əməliyyat Türkiyə Silahlı Qüvvələrində həyata keçirilib: "Əməliyyat nəticəsində 360 nəfər saxanılıb. Onlardan 27-i mülki xidmətdə olanlardır. Qalan 333 nəfərsə, hərbçidir.  Bu 333 nəfərdən 216-sı isə həbs anına qədər görəv başında olan rütbəli hərbçilərdir. Onlardan 7-i isə pilotdur. İçlərində FETÖ imamı olanlar da var".

Məlumata görə, əməliyyat İstanbul prokurorluğunun göstərişi ilə başlayıb və Türkiyə mətbuatının iddiasına görə, gün ərzində davam edəcək.