XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 13:18

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib- Səfər dekabrın 1-dək davam edəcək

Noyabrın 29-da Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.