XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 11:37

Tərlan Əhmədovdan futbolçuların həbsinə reaksiya:"İnsan faktlarla susdurulmalıdır..."

Xəbər verdiyimiz kimi, “Keşlə” klubunun iki futbolçusu Nizami Hacıyevlə Mirhüseyn Seyidov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İddiala görə, hər iki oyunçu “Neftçi” ilə oyunun nəticəsini əvvəlcədən razılaşdırıb.

Məsələ burasındadır ki, Nizami Hacıyev ötən günlərdə “Neftçi”yə transfer olunacağını demişdi. Görəsən, səsləndirilən iddialara “Neftçi” tərəfinin münasibəti necədir?

Yenicag.az-a açıqlama verən bakılıların baş məşqçisi Tərlan Əhmədov iddialarla razılaşmayaraq, bunu yalan adlandırıb:

“Bunu ortaya çıxardan adamlardan soruşmaq lazımdır. 7 oyun uduzanda heç nə eləmirlər, “Neftçi” ilə matçdan sonra danışmağa başlayırlar. Deməli, öz qəbahətlərini başqalarının üstünə atırlar. Getsinlər yaxşı araşdırsınlar ki, 7 oyun niyə uduzublar. Nizami Hacıyevin “Neftçi”yə transfer olunması üçün danışığımız olub. Yəqin ki, bu söz-söhbətlər də ona görədir. Onun oyundan öncə bizim kluba keçəcəyi ilə bağlı açıqlaması da olmuşdu. Məsələni “Neftçi” haqqında şişirdirlər. Yalandır! İnsan faktlarla susdurulmalıdır. Mən bura gəlməmişəm ki, komandanın, yaxud da öz adımı ləkələyim. Niyə məhz “Neftçi” ilə oyundan sonra məsələni qabartdılar? Hər futbolçunun müqaviləsinin müddətinin başa çatmasına 6 ay qalmış digər klublarla danışıq aparmağa haqqı var.

Bu məsələni kim ortaya atıbsa, istər “Keşlə” rəhbərliyi, istərsə də digərləri, onların keçmişini araşdırmaq lazımdır. Görün ki, nədi, nə deyil. Mən keçmişim təmizdir. İndiyədək heç kimə haram təklif etməmişəm. Mənim futbolçuya rüşvət təklif etməyim nə dərəcə inandırıcıdır?”.