XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 11:52

Penitensiar Xidmətdə daha bir dəyişiklik –Rəis təyinatı

Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev vəzifəsindən azad olunaraq 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib.

C.Əliyev keçmiş Bayıl Təcridxanasının rəisi Misir Əliyevin oğludur.

Xatırladaq ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov vəzifəsindən azad olunaraq Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.