XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 14:09

Türkiyənin baş nazir müavini:"Zərrab təzyiqlər nəticəsində etirafçı halına gətirilib"

ABŞ-da Rza Zərrab davasının olduğu vaxtda Türkiyədə də qaralama kampaniyası başladılıb.

Bu sözləri Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

“ABŞ-da Rza Zərrabla bağlı məhkəmə başladılıb. Zərrab təzyiqlər nəticəsində etirafçı halına gətirilib. Eyni zamanda Türkiyədə ana müxalifət partiyasının lideri prezidenti, onun ailə üzvləri və yaxınlarını qaralamağa hesablanmış böhtan kampaniyasına başlayıb. Bir tərəfdən Nyu Yorkda bir hissəsi davam etdirilir, digər tərəfdən isə Türkiyədəki qolunu cənab sədr (Kılıçdaroğlu) idarə edir. İkisinin də hədəfində Türkiyə var, hökumət var. İkisinin də hədəfində Rəcəb Tayyib Ərdoğan var. Onlar Kılıçdaroğlu kimi oyuncaq bir lider istəyirlər”, – Bozdağ bildirib/Axar.az.