“Hazırda yoxsulluq Rusiya iqtisadiyatının ən önəmli problemlərindən biridir”.
Strateq.az bildirir ki, bu sözləri Rusiyanın baş naziri Dimitri Medvedeyev telekanallara illik yekun müsahibəsi zamanı deyib.
“Yoxsulluq bizim müasir iqtisadiyyatımızda ən narahatlıq doğuran problemdir. Yoxsulluq inkişaf etməmiş iqtisadiyyatın tərs üzüdür. Mümkün deyil ki, iqtisadiyyat zəif olsun, amma kasıblar olmasın”- deyə baş nazir vurğulayıb.
D. Medvedyev qeyd edib ki, son illər müəyyən problemlərlə bağlı aşağı həyat səviyyəsi üzündən pis təmin olunmuş vətəndaşların sayı artıb. Amma bütün hallarda bu rəqəm 10 illər əvvəlki vəziyyətdən dəfələrələ azdır. O zaman 30 milyondan çox insanın gəlirləri aşağı səviyyədə idi: “Yoxsulluqla mübarizədə real addımların atılması üçün səylərimizi artırmaq çox mühümdür”.