XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 16:36

Məleykə Abbaszadədən dövlət orqanlarına etiraz:"Vakant vəzifələr gizlədilir"

Dövlət İmtahan Mərkəzi (DİM) vakant vəzifə yerləri haqqında onlara məlumat verməyən dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərib.

Bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şuranın iclasında deyib.

Onun sözlərinə görə, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda, həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur:

"Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib".

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən M.Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələlər öz həllini tapmadığına görə DİM dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirə bilmirdi: "Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb. Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb".

M.Abbaszadə qeyd edib ki, 17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilib: "Dəyşikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanları əsasında aparılmayacaq".

Trend