XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2017 - 21:44

Prokurorluq CHP liderindən sənədləri tələb etdi –Ərdoğanla bağlı

Ankara Cümhuriyyət Prokurorluğu müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun iddiaları ilə bağlı istintaq başladıb.

Partiya liderindən prezident Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrdə qeyri-qanuni pul köçürmələri etməsi ilə bağlı ictimaiyyətə təqdim etdiyi sənədlər istənilib.

Qeyd edək ki, bir neçə gün öncə Kılıçdaroğlu Ərdoğanın və ona yaxın insanların Türkiyə xaricinə müxtəlif bank hesabları vasitəsilə qeyri-qanuni pul köçürmələri etdiyini iddia etmişdi/Axar.az.