XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 13:10

BMT-nin Şimali Koreyaya dair xüsusi görüşü keçiriləcək- Yaponiyada

Yaponiyanın BMT-dəki nümayəndəsi bəyan edib ki, dekabrda Tokioda Şimali Koreyanın nüvə-raket proqramları və bu ölkədə insan haqlarının pozulması ilə əlaqədar BMT-nin xüsusi görüşü keçiriləcək.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın BMT-dəki rəsmi nümayəndəsi Koro Beşşyo bu barədə Yaponiya BMT Təhlükəsizlik Şurasına sədrliyə başladıqdan sonra jurnalistlərlə görüşündə deyib.

K.Beşşyo bildirib ki, Yaponiyanın xarici işlər naziri Taro Kono nazirlərin dekabrın 15-də keçiriləcək görüşünə sədrlik edəcək və burada Şimali Koreyanın nüvə-raket proqramlarının dayandırılması ilə bağlı tədbirlər müzakirə olunacaq.

Rəsmi nümayəndə, həmçinin Təhlükəsizlik Şurasının üzvləri ilə aparılacaq sorğudan sonra Şimali Koreyada insan haqlarının pozulmasının müzakirəsi ilə bağlı ayrıca görüşün keçirilməsi planı barədə də məlumat verib.

Yaponiyanın BMT-dəki missiyasının qənaətinə görə, belə görüşlər bu ölkənin Şimali Koreyanın nüvə-raket proqramları problemi ilə burada insan haqlarının pozulması arasında sıx əlaqə olması barədə mövqeyini anlamağa imkan yaradar.