XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 10:20

Pentaqondan Rusiya, Türkiyə və İrana üstüörtülü mesaj:"Astanadakı  Suriya danışıqları səmərəsizdir"

"Astanadakı  Suriya danışıqları səmərəsizdir".

Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.  

“Astanadakı danışıqlar səmərəsizdir. Çoxlu səylər göstərilib, amma nəticəsi çox cüzidir. İndi əsas rol Cenevrəyə keçib, burada mühüm səylər BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura tərəfindən göstərilir”, – deyə Pentaqon rəhbəri bildirib.      

Bundan əvvəl Ağ Ev bəyan edib ki, BMT çərçivəsində Suriya üzrə Cenevrə prosesi bu ölkənin siyasi gələcəyinin müzakirəsi üçün yeganə legitim meydançadır/APA   

Xatırladaq ki, Astana danışıqlarına lideriyi Rusiya, Türkiyə və İran edir. ABŞ isə əvvəldən Astana danışıqlarına isti yanaşmayıb.