Salyanın Boranıkənd kəndində baş vermiş yanğın zamanı 2 azyaşlı ölüb.
Strateq.az "Report"a istinadən xəbər verir ki, yanan evdə qalmış azyaşlıların cəsədi içəridən çıxarılıb.
Qeyd edək ki, hadisə Novruz Mübariz oğlu Bəhrəmliyə məxsus evdə baş verib. Uşaqlar 5-6 yaşlarındadır.