XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 12:20

“İsrail İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək” –Netanyahu

İsrail hökuməti İranın Suriyada daimi hərbi varlığına icazə verməyəcək və Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

Bunu şənbə günü öz "Facebook" səhifəsində yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu yazıb.

"Biz yəhudi dövlətinin məhvinə can atan [İran] rejiminin nüvə silahı əldə etməsinə imkan verməyəcəyik, biz İranın açıq şəkildə dövlətimizi məhv etmək niyyəti ilə möhkəmlənməyə çalışdığı Suriyada daimi hərbi varlığına yol verməyəcəyik", – deyə baş nazir yazıb/Report.