XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 12:56

Tacikistan – Əfqanıstan sərhədində toqquşma –Tacik polkovnik öldürüldü, yaralılar var + FOTO

Tacikistanın hərbi hissə komandiri Əfqanıstanla sərhəddə silahlı qruplaşma ilə baş vermiş atışmada həlak olub.

Bu barədə RİA "Novosti" Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Əfqanıstanla sərhəddəki Şamsiddin Şohin rayonunda, Lanqurixo qışlağında baş verib. Atışma zamanı həmçinin daha 4 hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır. Bu səbəbdən də yaralıların vertolyotla Düşənbə şəhərinin hərbi hospitalına göndəriləcəyi ehtimal olunur.

Silahlı qruplaşma üzvlərinin əfqan qaçaqmalçıları olduğu güman edilir. Ölən hərbçi polkovnik Xeyrəddin Axmatovdur/Report.