XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 14:18

Husilər sabiq prezidentə məxsus olan telekanalı ələ keçirdi –Televizya əməkdaşları girov götürülüb

Yəmənin "Ənsərullah" (husilər) hərəkatının üsyançıları sabiq prezident Əli Abdullah Salihə məxsus olan "Yemen El-Yevm" telekanalının binasını ələ keçiriblər və telestansiyanın əməkdaşlarını girov götürüblər.

Bu barədə "Yemen El-Yevm" telekanalının əməkdaşı "Anadolu" agentliyinə xəbər verib.

O, bildirib ki, telekanalın mühafizəçiləri ilə husilər arasında baş vermiş atışma zamanı üsyançılar telekanalın binasını partladıblar.

"Yemen El-Yevm" saytı isə xəbər verib ki, telekanalın yayımı dayandırılıb. 

Husilər həmçinin "Yemen.net" internet provayderinə də nəzarəti ələ alıblar və sabiq prezident Əli Abdullah Salihə məxsus portalın xəbərlərinə girişi məhdudlaşdırıblar/Report.