XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 15:40

Kılıçdaroğluna Ərdoğanla bağlı sənədlər ABŞ-dan göndərilib? –Türkiyə mətbuatından iddia

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı səsləndirdiyi iddialarla bağlı təqdim etdiyi sübutların hansı ölkədən gəldiyi açıqlanıb..

Bununla bağlı Türkiyənin "Yeni Şəfəq" qəzeti məlumat yayıb.

Bildirilib ki, sənədlər ABŞ-da yaşayan və kimliyi məlum olmayan şəxs tərəfindən elektron formada Türkiyəyə göndərilib. Türkiyədə isə həmin sənədləri CHP nümayəndələrindən biri qəbul edib.

Nəşr hazırda həmin şəxslərin kimliyinin araşdırıldığını bildirilib. İlkin ehtimalda e-poçtun Fətullah Gülənin yaşadığı Pensilvaniya ştatından göndərildiyi qeyd edilib/Teleqraf.com.