XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 22:03

Ərdoğandan Kılıçdaroğluna ultimatum:"Kasetlə gələn, sənədlə gedər”

"Kamal Kılıçdaroğlu siyasətdən gedəcək".

Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Muş şəhərində baş tutan konfransda çıxışı zamanı deyib.

“Gedəcək Kamal bəy. Məktəbi bitirən hər kəs qarşısındakı kağızları oxuduqda məsələnin başqa cür olduğunu anlayar. Bu adam oxuduğunu da anlamır. Nə deyək, kasetlə gələn, sənədlə gedər”, – Ərdoğan bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl CHP sədri K. Kılıçdaroğlu partiya toplantısında Ərdoğan və yaxınlarının xaricdə müxtəlif hesablara qeyri-qanuni şəkildə külli miqdarda pul köçürdüyünü iddia etmişdi/Axar.az.