XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 20:02

Netanyahu Bəşər Əsədi müharibə ilə hədələdi –İrana görə

İsrailin baş naziri Binyamin Netanyahu Suriya prezidenti Bəşər Əsədi hədələyib.

Baş nazir İrana Suriyada hərbi baza yaratmağa imkan veriləcəyi təqdirdə, bu ölkəyə ağır zərbələr vurulacağını bəyan edib.

“Wall Street Journal” xəbər verir ki, Əsədə edilən xəbərdarlıq İsrailin bu ölkədə illərdir davam edən münaqişəyə dair neytral qalmaq mövqeyindən imtina etməyə hazır olduğunu göstərir.

“Wall Street Journal” nəşri yazır ki, Suriya tərəfinə xəbərdarlıq İsrail hərbçilərinin Dəməşq yaxınlığında iranlıların nəzarətində olan bazaya aviazərbələr endirməsindən əvvəl edilib.

Məlumata görə, Suriya rəhbərliyi Netanyahunun hədəsinə reaksiya verməyib.(azvision.az)