XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 01:04

“Suriyanın demək olar ki, bütün ərazisi terrorçulardan azad edilib” –Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriyanın demək olar ki, bütün ərazisi, o cümlədən xristianların tarixi yaşayış məskənləri terrorçulardan azad edilib.

O, bunu yerli pravoslav kilsələrinin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.

"Bu gün ərəb ölkəsində vəziyyət tədricən dəyişir, Suriya silahlı qüvvələri Rusiya hərbçilərinin dəstəyi ilə demək olar ki, bütün ölkə ərazisini, o cümlədən xristianların tarixən yaşadıqları yerləri terrorçulardan azad ediblər", – deyə Putin bildirib.

Dövlət başçısı həmçinin əlavə edib ki, Rusiya döyüşlər zamanı dağılmış müsəlman və yəhudilərə məxsus müqəddəs yerlərin bərpasına da köməklik göstərəcək/Report.