XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 09:34

Trampın fərmanı qüvvəyə mindi –6 ölkə vətəndaşlarına viza qadağası qoyuldu

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

D. Trampın fərmanı İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp  Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub/APA.