XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Dekabr 2017 - 11:46

“Rəşadət” ordeni təsis edildi –Prezident yeni qanunu təsdiqlədi

Prezident İlham Əliyev  bu gün Azərbaycan Respublikasının "Rəşadət” ordeninin təsis edilməsi ilə bağlı qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Strateq.az xəbər verir ki, yeni qanuna əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının "Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat verməli, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir.