XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 18:22

“Təhsil naziri vəzifəsini müvəqqəti birinci müavin icra edəcək” –Nazirlikdən açıqlama

Azərbaycanın təhsil naziri vəzifəsinin müvəqqəti olaraq icrası təhsil nazirinin müavini Ceyhun Bayramova tapşırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. 

"Bundan əvvəl də nazir vəzifə başında olmadığı hallarda onu Ceyhun Bayramov əvəz edirdi", – deyə nazirlikdən əlavə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri təyin edilib.