XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 19:49

Palataya əlavə səlahiyyət verildi –Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev bu gün "Hesablama Palatası haqqında” qanuna dəyişikliyi də təsdiq edib.

Strateq.az xəbər verir ki, "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 480; 2001, № 11, maddə 676, № 12, maddə 744; 2004, № 4, maddə 202, № 9, maddə 667; 2005, № 2, maddə 62; 2007, №7, maddə 712; 2008, № 5, maddə 339; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 173, № 4, maddə 276; 2016, № 7, maddə 1229) 2-ci maddəsinin on birinci abzasında "cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları” sözləri "inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərəcək ” sözləri ilə əvəz edilib.