XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 13:11

Rusiyadan ABŞ KİV-lərinə qadağa- Dövlət Dumasına girişlərinə qadağa qoyuldu

Rusiya Ədliyyə Nazirliyi ABŞ-ın bəzi kütləvi informasiya vasitələrini xarici agent siyahısına salıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Duması həmin KİV-lərin təmsilçilərinin Dumanın yerləşdiyi binaya girişinə qadağa qoyub. 
 
Qərar layihəsini Dumanın nəzarət və reqlament komitəsi hazırlayıb. Rusiya Federasiya Şurası da analoji qərar verib. 
 
Qeyd edək ki, Rusiya Federasiyası Ədliyyə Nazirliyi ABŞ-ın 9 kütləvi informasiya vasitəsini xarici agent siyahısına salıb. Bunlar "Amerikanın səsi", "Azadlıq radiosu", "Nastoyaşeye vremya" internet televiziyası, "idel.realii", "Kavkaz.realii", "Krım.realii", "Azadlıq radiosunun tatar-başkir xidməti", "Sibir.realii", "Faktoqraf" kütləvi informasiya vasitələridir.