XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2017 - 20:49

Çin XİN:"ABŞ-ın Qüdslə bağlı hərəkəti gərginliyi artıra bilər"

Çin ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının bölgədə vəziyyəti daha gəriginləşdirə biləcəyinə dair xəbərdarlıq edib.

Azərtac xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Qen Şuan ölkəsinin hadisələrin inkişafını diqqətdə saxladığını, bölgədə gərginliyin mümkün artımından narahatlığını dilə gətirib. “Bütün tərəflər bölgədə sülhü və əmin-amanlığı nəzərə almalı, sözlərində və əməllərində ehtiyatlı olmalı, Fələstin məsələsinin tənzimlənməsinin əsaslarını pozmaqdan və bölgədə yeni qarşıdurmalara səbəb olmaqdan çəkinməlidirlər”, – deyə Qen Şuan bildirib.

Çin XİN rəsmisi əlavə edib ki, ölkəsi Yaxın Şərdə sülh prosesini, Fələstin xalqının qanuni hüquqlarının və maraqlarının bərpası uğrunda ədalətli işini, 1967-ci il sərhədləri çərçivəsində Şərqi Qüds paytaxt olmaqla tam suveren və müstəqil Fələstin dövlətinin yaranmasını dəstəkləyir.