XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 22:19

Pentaqon təmsilçisi:“ABŞ hərbçiləri yenə Suriyada qalacaq”

“ABŞ hərbçiləri Suriyada terrorçu İŞİD üzərində qələbədən sonra da qalacaq”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Erik Pexon deyib.

“Biz terrorçu qruplaşmaların geri qayıtmasının qarşısını almaq və tərəfkeşlərimizə yardım etmək üçün Suriya torpaqlarında qalacağıq. Koalisiya İŞİD-i əks-həmlə etməsi imkanlarından və Suriyadan kənarda terror aktları törətməsindən məhrum etməlidir”, – o vurğulayıb.

ABŞ-ın əsas tərəfdarı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları – YPG və PYD silahlılarından yaradılan “Suriya Demokratik Qüvvələr Birliyi” sayılır.
Hazırda ABŞ-ın Suriyada 1700 hərbçisi var.